Bakıda maşın hərracı keçiriləcək

Bakıda maşın hərracı keçiriləcək
  07 Mart 2015    Oxunub:1714
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) martın 31-də və aprelin 7-də avtomobil hərracı keçiriləcək.
Komitənin saytındakı məlumata görə, hərraca istehsal ili 1992-cü ildən 2007-ci ilə qədər olan 17 maşın çıxarılacaq.

Avtomobillərin arasında "Chevrolet Epica", "Mercedes Benz 300", "Nissan Maxima", "Hyundai H-1", "BMW 760" və "BMW 740" var. Xarici markalı avtomobillərin start qiyməti istehsal ilindən və markasından asılı olaraq 3600 - 11 min manat arasında dəyişir. Hərraca çıxarılan UAZ markalı maşınların start qiyməti 1600 manatdan başlayır.

Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizi həcmində behi əvvəldən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməlidir.


Teqlər:  





Xəbər lenti