Təhsil Nazirliyi şagird və tələbə buraxılışının sayını açıqladı

  Təhsil Nazirliyi şagird  və tələbə buraxılışının sayını açıqladı
  20 May 2013    Oxunub:1093
2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216 734 nəfər təşkil edir
2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216 734 nəfər təşkil edir.

Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, məktəbi bitirənlərin 125 250 nəfəri IX sinif, 91 484 nəfəri isə XI sinif şagirdləridir.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti