Qafqaz Universitetində Türkmənistan günü keçirilib

Qafqaz Universitetində Türkmənistan günü keçirilib
  20 May 2013    Oxunub:1310
Tədbirdə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin birgə tarixi keçmişi, zəngin dostluq münasibətlərindən danışıb.
AzVision.az xəbər verir ki, Türkmənistanın əsas bayramlarından hesab edilən və türkmən xalqının nəsillərinin qədim mədəniyyətlə ayrılmaz əlaqəsini simvolizə edən İnkişaf, birlik və Məxtimqulu Fəraqi poeziyası Günü qeyd edilir. Türkmənistan-Azərbaycan münasibətləri, dostluğun və qardaşlığın nümunəsi olaraq Türkmənistan səfirliyi və Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə "İnkişaf, birlik və Məxtimqulu Fəraqinin şeir günləri” adlı tədbiri universitetin rektoru Prof. Dr. Ahmet Saniç açaraq bir dil, mədəniyyət və tarixi irsin birləşdirdiyi xalqların adından ürək sözlərini söyləyib.

Ardınca çıxış edən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov Türkmənistan və Azərbaycanın zəngin birgə tarixi keçmişi, zəngin dostluq münasibətlərini vurğulayıb. “Həmzə Nigaridən Məxtimquluya gedən yol” mövzusunda çıxış edən Qafqaz Universitetinin filologiya fakultəsinin müəllimi prof. Akif Hüseynli, Məxtimqulu Fəraqinin əsərlərində dostluq və insan sevgisi” mövzusunda çıxış edən Türkiyə Cümhuriyyətindən təşrif buyurmuş dos. Ramazan Çakır bəy, “Məxtimqulu Fəraqinin həyat və fəaliyyəti” mövzusunda çıxış edən Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi Davud Orazsaxedov dünya şöhrətli şair Məxtimqulu Fəraqinin ədəbiyyat, elm və fəlsəfə vasitəsilə ümumbəşəri mədəniyyətin inkişafına qiymətli töhfə verdiyini bir daha diqqətə çatdırıblar.

Sonra Qafqaz Universitetində təhsil alan türkmənistanlı tələbələrin ifasında mahnı və şeirlər səsləndirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti