Masazırda baş verən qəzada bir nəfər ölüb

Masazırda baş verən qəzada bir nəfər ölüb
  20 May 2013    Oxunub:1165
Naməlum sürücü yol qəzası törədib.
Abşeron rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 18 may 2013-cü il tarixdə saat 23.00 radələrində - markası və dövlət qeydiyyat nişanı məlum olmayan avtomobil Abşeron rayonu Masazır qəsəbəsinin daxilindən keçən avtomobil yolu ilə Saray qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti malum olmayan piyadanı vuraraq hadisə yerindən qaçıb.

Nəticədə şəxsiyyəti məlum olmayan kişi cinsli, orta yaşlı şəxs almış olduğu xəsarətlərdən Abşeron rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdrıma aparılır.


Teqlər:





Xəbər lenti