“Azərbaycan mediası tam sərbəstdir” - Əli Həsənov
Azərbaycanda yaranan demokratik respublikanın 95 il əvvəl Sovet Rusiyası tərəfindən işğal olunduğunu qeyd edən Ə.Həsənov sovet dövründə də Azərbaycanda jurnalistika ənənəsinin inkişaf etdiyini, peşəkar jurnalistikanın formalaşdığını vurğulayıb: “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli KİV-lər qlobal informasiya məkanına inteqrasiya etməyə başladılar, ölkədə azad media formalaşdı. Hazırda 2008-ci ildə qəbul edilən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində Azərbaycanda azad, demokratik mətbuatın formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var. İnternetə giriş sərbəstdir, bu da sosial medianın genişlənməsinə şərait yaradır. Ölkə əhalisinin 70 faizdən çoxu İnternet istifadəçisidir”. (Apa)
Teqlər: