Dəhşətli qəza, 3 ölü, 4 yaralı

Dəhşətli qəza, 3 ölü, 4 yaralı
  19 May 2013    Oxunub:1248
Bu gün Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
Hadisə Şəmkir-Gədəbət yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib.

"VAZ 21011" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəmkir rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)


Teqlər:  





Xəbər lenti