Moskvada 5 azərbaycanlı saxlanılıb

Moskvada 5 azərbaycanlı saxlanılıb
  19 May 2013    Oxunub:1257
Bir ədəd start tapançası aşkar edilib
Polislər 5 Azərbaycan vətəndaşını saxlayıb. Qanunu pozanlar Orexovo-Borisovonun Daxili İşlər Orqanına təhvil verilib. Rusiya mətbuatının məlumatına görə onların üzərindən 5 tapanca müsadirə edilib.

Bir müddət sonra Azərbaycan vətəndaşları azad ediliblər. Tapancaların odlu silah deyil, start tapancaları olduğu məlum olub. Onlar sadəcə olaraq küçədə avtobilləri ilə yarışırmışlar və yarışa start vermək üçün atəş açıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti