Cavid Qurbanovdan tapşırıq – vağzal yenilənir (FOTOLAR)

Cavid Qurbanovdan tapşırıq – vağzal yenilənir (FOTOLAR)
  26 Fevral 2015    Oxunub:17103
Cavid Qurbanovun göstərişi ilə Bakı Dəmiryol Vağzalında təmir işlərinə başlanılıb.
AzVision.az xəbər verir ki, “28 May” metrosunun yaxınlığında yerləşən vağzalın fasad hissəsində söküntü işləri aparılır. Sütunların bir neçəsinin üzərindəki daşlar artıq təmizlənib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hazırda sözügedən ərazidə iş aparılır.

Fotolardan da göründüyü kimi vağzalda söküntü aparılır.

Xatırladaq ki, fevralın 9-da prezident İlham Əliyevin sərəncamı ilə millət vəkili, “Azəryolservis” ASC-nin keçmiş sədri Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.







Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti