`Fuad Qəhrəmanlı da istefa verəcək`

`Fuad Qəhrəmanlı da istefa verəcək`
  26 Fevral 2015    Oxunub:2703
`Vaxt gələcək, Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və istefa verəcək. O da Əli Kərimlinin əsl simasından danışacaq. Neçə ki, bu gün Razi bəy və digərləri danışır`.

Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

- Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir ki, onunla uzun yol getmək mümkün olmur və o, hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla, tələbə yoldaşlarına, `dost` dediyi şəxslərə, onun ailəsini və özünü qoruyan insanlara... Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşmən sayır. Baxın Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs - müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli hamısı eyni ittihamları səsləndirir? – deyə Orduxanlı soruşub.

O, xatırladıb ki, Fuad Qəhrəmanlı Aynur Camlaqızını da ittiham edib: “Başa düşə bilmirəm, əgər Aynur xanımın fəaliyyəti siz qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışır? Bunu nə neçə başa düşək?”

- Razı bəyin özü də acıqlamasında bildirib ki, facebook.com sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profillər acdırıb insanları təhqir edirlər. Bu göstərişi verən də Əli Kərimlidir. Kişi kimi acıq mübarizədən qacanlar bilməlidir ki, həmin profillərlə yazdığınız təhqirlərlə siz hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər,- deyə BAXCP sədrinin müavini qeyd edib.


Teqlər:





Xəbər lenti