Sürücülərə xəbərdarlıq: bu yollar təhlükəlidir

Sürücülərə xəbərdarlıq: bu yollar təhlükəlidir
  23 Fevral 2015    Oxunub:2024
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə növbət dəfə müraciət edib.
BDYPİ-nin şöbə rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, son günlər ölkə ərazisində yağan güclü qar bəzi yollarda problem yaradıb.

K.Əliyev sözlərinə görə, bu saata kimi Xızı-Siyəzən və Xaçmaz-Qusar istiqamətlərində yolun müəyyən hisslərində buzlaşma, Şəmkir-Şəki istiqamətində güclü duman müşahidə olunur:

Hazırda müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır.

DYP rəsmisi hava şəraiti ilə bağlı təcrübəli və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.

K.Əliyev qeyd edib ki, şənbə-bazar günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 11 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti