Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqladı
  22 Fevral 2015    Oxunub:1782
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivində Məmmədov Natiq Əli oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində, N.Məmmədovun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.

İlkin araşdırmalardan sonra hadisənin 1973-cü il təvəllüdlü Kərimova Gülnarə İldırım qızı tərəfindən törədilməsi məlum olub. 42 yaşlı qadının hansı səbəbdən qanlı əmələ əl atması hələlik məlum deyil. Araşdırmalar davam etdirilir. (lent.az)


Teqlər:  





Xəbər lenti