Yollarda təhlükə: 10 nəfər xilas edildi

Yollarda təhlükə: 10 nəfər xilas edildi
  22 Fevral 2015    Oxunub:2115
Qarlı hava avtomobillərin hərəkətində ciddi problem yaradıb.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsində 3 avtomobil əsas yoldan kənara çıxıb, nəticədə 10 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobilləri yola çıxarıb və vətəndaşları xilas ediblər.

Əməliyyat saat 21:31-də başa çatıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti