Cəlilabadda dəhşətli qəza- Ölən var

Cəlilabadda dəhşətli qəza- Ölən var
  22 Fevral 2015    Oxunub:1744
Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Cavidan Ramazan oğlu Muxtarovun idarə etdiyi “Opel” markalı, 99 EL 192 dövlət nömrə nişanlı minik avtomobili Cəlilabad rayonunun Muğan kənd sakini, 1935-ci il təvəllüdlü Qulamhüseyn Kəlbi oğlu Əlihüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 44 BL 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki avtomobil ciddi zədələnib, həmçinin “VAZ-2107”-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin versiya kimi qəzanın yolun qarlı olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti