Zibilin içindən tapança çıxdı

Zibilin içindən tapança çıxdı
  20 Fevral 2015    Oxunub:4070
Əl qumbarası, pnevmatik tapançalar, 200 ədədə yaxın patron. Bu silah-sursat hissələri həftə ərazində Bakıda məişət tullantıları arasından aşkar edilib.
AzVision.az xəbər verir ki, “Təmiz Şəhər” ASC-in tullantıların çeşidlənməsi zavodunda işçilər ümumi tullantı kütləsi arasında təhlükəli əşyalar olduğunu müəyyən ediblər. Şəhərdən yığılmış tullantılar çeşidlənərək həmin silahlar və silah hissələri tullantılardan ayrılarılıb.

Aşkarlanmış silahlar silah hissələri bunlar olub: 2 ədəd pnevmatik tapança, 1 ədəd F1 əl qumbarasının korpusu, 1 ədəd avtomat darağı, 7 ədəd 5.45 mm çaplı patron, 174 ədəd 7.62 mm çaplı patron. Zavoda polis dəvət olunub və fevralın 20-də tapıntılar təhvil verilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-ə aid tullantıların çeşidlənməsi zavodu Bakıdan toplanmış tullantıları qəbul edib onları kağız, şüşə, plastik, əlvan metal, dəmir və s. formasında çeşidləmək işini həyata keçirir. Daha sonra çeşidlənmiş materiallar xammal kimi istifadə olunaraq yeni məhsullar hazırlanması üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir. Xammal kimi yararlı olmayan hissələr isə tullantıların yandırılması zavodunda yandırılaraq elektrik enerjisi istehsal edilir.


Teqlər:  





Xəbər lenti