Bakıda aktyorun qardaşı silahla tutuldu

Bakıda aktyorun qardaşı silahla tutuldu
  20 Fevral 2015    Oxunub:2161
Bakı şəhərində Sumqayıt sakinindən silah və patron götürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi, cinayət axtarış şöbəsi və 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinindən 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxt saxlanılıb.

Saxlanılan şəxsdən Naqan tipli “Revolver” markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, saxlanılan şəxs məşhur aktyor Rövşən Kərimduxtun qardaşıdır.




Teqlər:





Xəbər lenti