Şəmkirdə qanlı olay

Şəmkirdə qanlı olay
  20 Fevral 2015    Oxunub:3387
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 55 yaşlı Akif Aslanov şəxsi münasibətlər zəminində özündən 20 yaş kiçik həmyerlisi Fazil Məhərrəmovu bıçaqlayıb. Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda F.Məhərrəmovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Cinayəti törədən Akif Aslanov isə polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti