MKM-ın internet səsverməsi başlayır

MKM-ın internet səsverməsi başlayır
  17 May 2013    Oxunub:1178
Bugün Milli Kitab Mükafatının internet-səsverməsi başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Əli və Nino” kitab mağazasından məlumat veriblər.

Bildiriblər ki, onluğa düşən əsərlərdən hər birinin müəyyən hissəsi “Əli və Nino”-nun Facebook profilində yerləşdiriləcək. Həmin parça ilə tanış olun, əsərə səs verin. Yalnız bir əsərə yox, eyni zamanda bir neçə əsərə səs vermək olar. Səslər mayın 20-i saat 10-00-ə qədər toplanacaq. Diqqət - müəllif hüquqlarını qorumaq məqsədi ilə, əsərlər bütov verlməyəcək, yalnız müəyyən hissəsi.

Səsvermənin nəticəsində qalib gələn yazıçı xüsusi diplom ilə təltif olunacaq. Diqqət: internet səsvermənin münsiflərin səsverməsinə aidiyyəti yoxdur.

Martın 27-də Milli Kitab Mükafatının şortlisti (qısa siyahısı) elan olundu. Münsiflər heyəti artıq öz işini bitirmək üzrədir, iyunun 4-də onların səsverməsi nəticəsində üç qalibin adı açıqlanacaq.

Milli Kitab Mükafatının onluğu (əlifba sırasıyla)
1. Azad Qaradərəlı. “Kuma-Manıç çökəkliyi”
2. Qan Turalı. “Mustafa”
3. Pərvin Nurəliyeva. “Balerina”
4. Sayman Aruz. “Yüz il ingilab”
5. Şəhriyar Del Gerani. “İntihar hörükləri”
6. Vahid Qazı. “Çamayra. Kuba dəftəri”
7. Zakir Sadatlı. “Əfqanıstan uçurumu”
8. Zahid Sarıtorpaq. “Əlifba bayramında qətl”

Rus dilində əsərlər
9. Гюльнара Караева. «Две жизни»
10. Малик Дурсунов. «Кара дайы»

AzVision.az


Teqlər:





Xəbər lenti