Xaricdən gətirilən siqaretlər müsadirə edildi

Xaricdən gətirilən siqaretlər müsadirə edildi
  18 Fevral 2015    Oxunub:1307
Moskva-Lənkəran aviareysilə gələn Azərbaycan vətəndaşı İlkin Dadaşzadəyə məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.
AzVision.az xəbər verir ki, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycanın aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Dadaşzadə baqajında aşkar olunan siqaretləri Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.


Teqlər:





Xəbər lenti