Füzuli Ələkbərov vətəndaşların şikayətini dinlədi

Füzuli Ələkbərov vətəndaşların şikayətini dinlədi
  17 May 2013    Oxunub:1787
Nazir Fizuli Ələkbərov Qax bölgəsində vətəndaşları qəbul edib
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov respublikanın Qax rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı) ümumilikdə 80 nəfərə yaxın sakininin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qismininqaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.

Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qax rayonunda keçirilən qəbul haqqında öncədən KİV-lərdə məlumatın yayılması və müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Onu da bildirək ki, ötən il və bu ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 21 dəfə vətəndaş qəbulu həyata keçirilib, 700 nəfərdən çox vətəndaş qəbul edilib.


Teqlər:  





Xəbər lenti