Bağırsağında narkotik tapıldı

Bağırsağında narkotik tapıldı
  17 Fevral 2015    Oxunub:1280
Azərbaycana narkotik maddələr keçirmək istəyən İran vətəndaşı tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib və nəticədə, İran vətəndaşının daxili orqanından, yəni düz bağırsağından cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti