Bakıda cinayətkar `polislər` tutuldu

Bakıda cinayətkar `polislər` tutuldu
  16 Fevral 2015    Oxunub:1958
Paytaxtda cinayətkar dəstə saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Elşad Muradovun etibarından sui istifadə edərək 10.000 manat yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui istifadə edərək 95.000 manat dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxslər ələ keçirilib.

Müəyyən edilib ki, təqsirkarlar Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü Nazim Tahir oğlun Məmmədov, 1982-ci il təvəllüdlü Zaur İldırım oğlu Ədilov və Tovuz sakini 1993-üc il təvəllüdlü İlkin samir oğlu bayramov tutulub.Onlardan Nazim Məmmədov saxta polis mayoru formasında Zaur Ədilov baş leytenant geyimində olub.


Teqlər:  





Xəbər lenti