Bakıda yol polisi qəza törətdi: ölən var

Bakıda yol polisi qəza törətdi: ölən var
  16 Fevral 2015    Oxunub:1830
Gecə Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qəza Neftçilər prospektində qeydə alınıb. Qəzada, 28 yaşlı Məmmədov Habil Valeh oğlu taksi kimi istifadə etdiyi “FIAT” markalı avtomobillə prospekt boyu hərəkətdə olarkən Kukla Teatrının yaxınlığında arxadan eyni istiqamətlə gələn “BMW” markalı avtomobil qəfildən onun avtomobilinə çırpılıb.

Zərbənin gücündən birinci nəqliyyat vasitəsi bir neçə defə yerində çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində dünyasını dəyişib. Qəzada “BMW”nin sürücüsünün isə yüngül xəsarət aldığı deyilir.

Yol qəzasının baş verdiyi yerə Səbail RPİ-nin istintaqçıları dəvət olunub, hadisə yerində müayinələr aparılıb. Məlumata görə, “BMW”ni Akif adlı sürücü idarə edirmiş. Avtoqəzanın da həmin avtomaşının yüksək sürətlə idarə edilməsi səbəbindən yaşandığı ehtimal olunur.

Əraziyə gələn dostları Akifin Bakı şəhər Baş DYP İdarəsinin əməkdaşı olduğunu bildirib. Ancaq bu məlumatla bağlı sonradan Səbail RPİ-nin ərazidə olan müstəntiqi hər hansı bir məlumat vermədi.

Yol qəzasının təfərrüatları isə başlanılmış cinayət işi üzrə araşdırmaların yekununda bəlli olacaq. (Ans)


Teqlər:





Xəbər lenti