İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  16 May 2013    Oxunub:1280
Prezident Konstitusiya günü münasibətilə Norveç kralını təbrik edib
Məktubda deyilir:

Norveçin Kralı Əlahəzrət V Haralda
Əlahəzrət,

Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Norveç dostluğunun daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram.




Teqlər:





Xəbər lenti