Avtobus sürücülərinin kadr bazası yaradılır

Avtobus sürücülərinin kadr bazası yaradılır
  13 Fevral 2015    Oxunub:1787
Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır.
AzVsion.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, hərəkətin intensivliyinin artdığı bir dövrdə avtobus sürücüləri nəinki yol hərəkəti qaydalarını dəqiq yerinə yetirməli, eyni zamanda, hərəkətin digər iştirakçılarına, xüsusilə də sərnişinlərə, eləcə də piyadalara qarşı çox ehtiyatlı və diqqətli olmalıdırlar. Onlar yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş insanlara hər cür kömək və yardım göstərməlidirlər: “Bütün bu keyfiyyətlər sürücü mədəniyyətinin ən yaxşı göstəriciləridir. Sürücülük peşəsinin gözəlliyi nəqliyyatın rahat və təhlükəsiz idarə olunmasındadır. Hərəkətin təhlükəsizliyi isə sürücülərin peşə hazırlığı səviyyəsindən birbaşa asılıdır”.

Ə.Cəfərov qeyd edib ki, lakin belə sürücüləri tapmaq az qala müşkülə çevrilib: “Bu gün avtobusu idarə etmək üçün normal, həm sürücülük kateqoriyası, həm də mədəni davranış səviyyəsi baxımından tələblərə cavab verən sürücü tapmaq çətin bir işə çevrilib. Avtobusu sürücüsü işləmək əslində çox çətindir. Ona görə də bu məqsədlə avtobus sürücülərinin hazırlanması üçün kurslar açılıb”.

İdarə rəsmisi bildirib ki, hazırda avtobus sürücülərinin kadr bazası, həmin şəxslərin elektron məlumat sistemi yaradılır: “Bununla əlaqədar artıq 150 sürücü İdarənin Tədris-Kurs Kombinatında təhsillərini bitiriblər. Onların xeyli hissəsi DYP-də imtahan verərək müvafiq sürücülük vəsiqələri alıblar. Bundan sonra onlar artıq işə başlayacaqlar. Gələcəkdə bu iş davam etdiriləcək, onların sayı daha artırılacaq. Geniş avtobus sürücüsü bazası yarandıqdan sonra sürücülük məsuliyyətini hiss etməyən şəxsləri işdən azad edəcəyik”.


Teqlər:  





Xəbər lenti