Saxta pul `kəsən`lər tutuldu

Saxta pul `kəsən`lər tutuldu
  11 Fevral 2015    Oxunub:1524
Bakıda saxta əsginaslar çap edən dəstə tutulub. Polis onların üzərindən 849 manat saxta pul və çap dəzgahı götürüb.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AVision.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi, Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb. Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinaz və çap dəzgahı aşkarlanıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti