Sayğacı olan qaz abunəçilərinin sayı açıqlandı

Sayğacı olan qaz abunəçilərinin sayı açıqlandı
  15 May 2013    Oxunub:1226
Ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 1 milyon 536 min 777-yə çatıb
AzVision.az Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayının 1 milyon 536 min 777-yə çatdığını bəyan edib.
“ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq mayın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1536777-ə çatıb ki, bunların da 1518087-i əhali, 18690-ı isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 673492-i Bakı şəhəri (663803 əhali, 9689 qeyri-əhali abonenti), 863285-i isə regionların (854284 əhali, 9001 qeyri-əhali abonenti) payına düşür”-deyə şirkətdən bildirilib..

Ümumilikdə 1536535 abonent (99,98 faiz) sayğaclaşdırılıb ki, bunun da 1517845-i əhali (99,98 faiz), 18690-ı qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir:
Bakı şəhəri üzrə 663596 əhali abonenti (99,97 faiz), 9689 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 854249 əhali abonenti (100 faiz) və 9001 qeyri-əhali abonenti (100 faiz).
Bakı şəhəri üzrə cəmi 673285 abonent (99,97 faiz), regionlar üzrə isə 863250 abonent (100 faiz) sayğaclaşdırılıb.

01 may 2013-cü il tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 705 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılıb.

AzVision.az





Teqlər:  





Xəbər lenti