Daha bir xəbər saytı yaradılır

Daha bir xəbər saytı yaradılır
  03 Fevral 2015    Oxunub:2055
Yaxın günlərdə `Rakurs` İnformasiya Agentliyi və xəbər portalı fəaliyyətə başlayacaq. Agentlik və sayt ölkədə, dünyada baş verən hadisələri operativ, qərəzsiz şəkildə olaraq oxucuların diqqətinə çatdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə təbliği ilə bağlı olaraq ciddi addımlar atmağı planlaşdırır.

`Rakurs` İnformasiya Agentliyi və xəbər portalı ilk vaxtlar azərbaycan, daha sonra rus və ingilis dillərində xəbər yayımını həyata keçirəcək.

www.rakurs.az xəbər portalı və `Rakurs` İnformasiya Agentliyi Azərbaycan media sektorunda son illər formalaşmış yeni müsbət praktikanı təzə nümunələrlə zənginləşdirməyə çalışacaq.

Agentlik və xəbər portalı həmçinin, beynəlxalq auditoriyaya dünyada baş verənləri Azərbaycan rakursundan dəyərləndirilməsinin çatdırılmasını da əsas vəzifələrindən biri hesab edir. Agentlik və saytın missiyasının elementlərindən biri də beynəlxalq ictimaiyyəti Azərbaycan rakursu ilə tanış etməkdir.

Sayt `Visla advertising and media Company`nin həyata keçirdiyi media layihələrindən biridir.


Teqlər:





Xəbər lenti