`Polislərə başa salın ki, deputat, baş nazir kimdir?` - Komitə sədri

`Polislərə başa salın ki, deputat, baş nazir kimdir?`  - Komitə sədri
  02 Fevral 2015    Oxunub:4554
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib.
AzVision.az-ın sözlərinə görə, millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər:

“Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir...

…Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, “bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” üzr istəyirəm hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir. Hüquq, məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma başa salanda məsələni küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır”.

E. İbrahimov dövlət məmurlarının və millət vəkillərinin də qanuna tabe olmasının vacibliyini vurğulayıb: “Lakin DYP əməkdaşları da nəzakətli olmalı, qanuna uyğun davranmalıdırlar. Mən belə halların tezliklə aradan qaldırılmasını arzu edirəm".




Teqlər:  





Xəbər lenti