`Neftin uçuzlaşmasına Əli Kərimli sevinir`

`Neftin uçuzlaşmasına Əli Kərimli sevinir`
  26 Yanvar 2015    Oxunub:2307
`Milli Şuranın Rusiya prezidenti Vladmir Putinə yazdığı `şanlı` məktub hamının yadındadır. Bir il qabaq Əli Kərimli Rusiya prezidenti Vladimir Putini demokrat adlandırdı. İndi nə baş verib ki, bütün günü Rusiyanın əleyhinə danışır? Nə tez unutdu Putinə yazdığı məktubu?!`

Bu sözləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, Əli Kərimli indi də özünü təzədən "qərbyönümlü” siyasətçi kimi göstərmək istəyir: `Ancaq Qərb də yaxşı bilir ki, Əli Kərimliyə sona qədər inanmaq olmaz. İstənilən vəziyyətdə öz mövqeyini dəyişir. Bu adam İran molla rejiminin dəstəyini almaq üçün molla da olmağa hazır olan birisidir. Onun məhz bu cür mövqeyinə görə, Əbülfəz Elçibəyin yaratdığı AXCP-də bir nəfər də olsun qalmayıb. Elçibəy dünyasını dəyişəndən sonra AXCP-nin ən ali orqanı olan Rəyasət Heyətinin 19 nəfər üzvü, Elçibəyin bütün müavinləri, müşavirləri Əli Kərimlinin yanından istefa verib gedib`.

Orduxanlı xatırladıb ki, 2001-ci ildə Milli Lider Heydər Əliyev Ki-Vestdə Ermənistan prezidenti Robert Koçaryanla Qarabağ danışıqları aparanda Azərbaycan müxalifəti Bakıda mitinq təyin etmişdi. ABŞ-ın o zamankı səfri Əli Kərimli ilə görüşüb, həmin mitinqi təxirə saldırdı. Halbuki danışıqlar Azərbaycanın milli maraqlarına cavab vermirdi. Azərbaycan müxalifətinin mitinq vasitəsilə etiraz etmək təşəbbüsünün qarşısını məhz Əli Kərimli aldı.

Orduxanlı həmçinin bildirib ki, bu gün neftin uçuzlaşmasına Azərbaycanda sevinən Əli Kərimlidir: `Bütün günü özünün mətbuat orqanı olan "Azadlıq” qəzetində və sosial şəbəkədə yaydığı yazılardan da açıq görünür ki, neftin uçuzlaşmasına uşaq kimi sevinir. Azərbaycan elə ölkələrdəndir ki, büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlə dolur. Buna neçə sevinmək olar?! Bu büdcə Azərbaycan xalqının yaşayış səviyyəsini artırmaq üçündür. Bu vəsait hesabına təqaüdçülərə, həkimlərə, müəllimlərə, aztəminatlı ailələrə, əlillərə, tələbələrə pul verilir. Azərbaycan ordusuna böyük həcimdə maliyyə vəsaiti ayrılır. Evi olmayan yüz minlərlə qaçqın soyadaşımıza dövlət büdcəsi hesabına evlər tikilir. Bütün bunlar neftdən gələn gəlir hesabına olur. Məncə, buna bir düşmənimiz ermənilər, bir də dediyim kimi, Əli Kərimli sevinir. Əli Kərimli düşünür ki, neft uçuzlaşdıqdan sonra ölkədə ciddi sosial narazılıq yaranacaq və sosial partlayış olacaq, bu da hakmiyyətə gələ biləcək. Ancaq undur ki, heç bir inqilab xalqa xeyir gətirmir. 2011-ci ildən indiyə kimi yaxın Şərqdə baş verən inqilablara baxın. Ölkələr xarabalığa çevrilib. Yüz minlərlə insan günahsız yerə qətlə yetirilib. Azərbaycan toplumu da bunu çox yaxşı bilir”.


Teqlər:





Xəbər lenti