Generala gömrükdəki vəziyyətdən şikayətləndilər

Generala gömrükdəki vəziyyətdən şikayətləndilər
  24 Yanvar 2015    Oxunub:2271
Dövlət Gömrük Komi­tə­­sinin sədri, gömrük xidməti general-ley­tenantı Aydın Əliyev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Bilə­su­var, Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətlə­rinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qay­daları ilə bağlı olub.

Səyyar qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinlə­yib və qaldırılan məsələlərin qanunveri­cili­yə uyğun həlli barədə müvafiq struk­tur­ların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıq­ları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid ol­mayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qey­diyyata alınıb və nəzarətə götürülüb.


Teqlər:  





Xəbər lenti