Yol polisinə zor tətbiq edən cəzalandırılır- Açıqlama

  19 Yanvar 2015    Oxunub : 1729
Yol polisinə zor tətbiq edən cəzalandırılır- Açıqlama
Son vaxtlar yol patrul xidməti əməkdaşlarının döyülməsi yenidən artıb. Bu günlərdə avtomobilin yol patrul xidməti əməkdaşının bir neçə metr sürüyüb yerə atması videosu mətbuatda yer almışdı. Bu gün isə Yasamal rayonu ərazisində və Gəncə şəhərində yol patrul xidməti əməkdaşlarının döyülməsi qeydə alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, bu cür hadisələrin hər biri ilə bağlı araşdırma aparılacaq. Onun sözlərinə görə, hər bir şəxs törətdiyi əmələ görə məsuliyyətə cəlb olunacaq:

“Bu hadisəni törədənlər sonradan etiraf edirlər ki, səhv ediblər. Hansısa səbəbdən elə bir hərəkətə yol verdiyini və ondan peşman olduğunu bildirir. Yol patrul xidməti əməkdaşına qarşı müqavimət göstərən, zor tətbiq etməyə cəhd edən istənilən şəxs polis əməkdaşları tərəfindən saxlanılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq onlar barəsində müvafiq tədbir görülür”-deyə DYP rəsmisi vurğulayıb.

Anar Kəlbiyev

Teqlər: