3 rayonda partlamamış sursatlar zərərsizləşdirib

3 rayonda partlamamış sursatlar zərərsizləşdirib
  15 Yanvar 2015    Oxunub:1966
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Şəmkir, Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatları (PHS) zərərsizləşdirib.

ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəmkir şəhəri ərazisində yerləşən Quşçuluq fabriki kompleksində qazıntı işləri aparılarkən partlamamış hərbi sursat PHS aşkarlanıb. Rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, yanvarın 13-də ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkar olunan 3 ədəd PHS götürülərək Agstafa rayonu Saloğlu mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin müraciəti əsasında yanvarın 3-də Ermənistan Ordusu tərəfindən iri çaplı silahlardan atəşə tutulan Agdam rayonunun Ayaq Qərvənd və Çıraqlı kəndlərində ANAMA mütəxəsisləri tərəfindən əməliyyat tədbirləri keçirilib. Əməliyyatlar zamanı kənd sakinlərinin həyətyanı sahə və evlərinə düşən xeyli sayda OQ-9 tipli minaatan mərmilərin partlamış qəlpələri aşkar edilib.

Tərtər rayon Polis İdarəsi tərəfindən rayon ərazisində tapılan bir ədəd PHS-in götürülməsi barədə edilmiş müraciətə əsasında Agentliyin mütəxəssisləri tərəfindən tapılan sursata texniki baxış keçirilib. Araşdırma zamanı məlum olub ki, tapılan sursat 1940-cı illərə qədər hərbidə istifadə olunan kiçik çaplı aviabombadır.

Aviabomba təhlükəsizlik tədbirləri görülərək mərkəzi məhv etmə yerinə daşınaraq və zərəsizləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti