`Onun ölümündən çox kədərləndik`

  09 Yanvar 2015    Oxunub : 1537
`Onun ölümündən çox kədərləndik`
Azərbaycan Respublikası Müdafiə Nazirliyi başsağlığı verib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış ictimai xadim, professor Zahid Qaralovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Qeyd edək ki, Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib. Məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Məşhur 91-lərdəndir. Yeni Azərbaycan Partiyasını Səbail rayon təşkilatının sədridir.

Allah rəhmət eləsin!

AzVision.az

Teqlər: