Zahid Qaralov dünyasını dəyişdi

  07 Yanvar 2015    Oxunub : 2340
Zahid Qaralov dünyasını dəyişdi
İctimai siyasi xadim, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov vəfat edib.
Bu barədə “Report”a onun yaxınları məlumat verib. Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.

Qeyd edək ki, məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qeyd edək ki, Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Məşhur 91-lərdəndir. Yeni Azərbaycan Partiyasını Səbail rayon təşkilatının sədridir.


Teqlər: