Həsən Şirinovun işdən çıxarılması xəbəri yalan imiş

Həsən Şirinovun işdən çıxarılması xəbəri yalan imiş
  07 Yanvar 2015    Oxunub:2550
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki,BŞBPİ-nin mətbuat xidmətindən bildiriblər ki, son günlər internet və çap mediada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız xəbərlər yayılır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəsmən bildirir ki, bu xəbərlər həqiqətə uyğun deyil. “Polis general-mayoru Həsən Şirinov hal-hazırda Baş İdarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.


Teqlər:  





Xəbər lenti