6 yeni həbsxana tikilir

6 yeni həbsxana tikilir
  31 Dekabr 2014    Oxunub:1723
Hazırda Azərbaycanın bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikilir.
Bu sözləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə müsahibəsində deyib:

"Bunlar məhkumların saxlanma şəraitinin yaxşılaşması və cəzalarının regionlarda, yaşadıqları yerə yaxın yerlərdə çəkməsi üçün tikilir".

H.Əlixanov məlumat verib ki, bu ilin dekabrın 29-da Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxılaraq növbəti əfv Sərəncamı imzalayıb. Humanizm prinsiplərinə əsaslanan Sərəncam 87 məhkuma şamil edilib.


Teqlər:





Xəbər lenti