Prezidentin vəzifə verdiyi professor kimdir? - ARAYIŞ

Prezidentin vəzifə verdiyi professor kimdir? - ARAYIŞ
  26 Dekabr 2014    Oxunub:6261
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasının rektor təyin edilib. Ölkə başçısının sərəncamına əsasən rektor postu Timuçin İlyas oğlu Əfəndiyevə həvalə edilib.

Timuçun Əfəndiyev kimdir?


AzVision.az yeni rektorun avtobioqrafiyasını təqdim edir:

T.Əfəndiyev məşhur Əfəndiyevlər ailəsindəndir. O, Azərbaycanın mərhum xalq yazıçısı, dramaturq, nazir İlyas Əfəndiyevin oğludur. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev onun qardaşıdır. T.Əfəndiyevin oğlu da kifayət qədər tanınan sima -rəssam, aktyor Yalçın Əfəndiyevdir.

T.Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində tanınmış alim və ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. O, 7 saylı orta məktəbi(1952-1963) bitirdikdən sonra o, 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışıb. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunub, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib və elmlər namizədi adını alıb. Elə həmin ildən Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasında elmi katib vəzifəsində çalışıb.
Timuçin Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsi tutmuş,1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülüb. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olub. 1987-2014-cü illərdə Timuçin ƏfəndiyevAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. O, 1999-cu ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir. Azərbaycan sovet ədəbiyyatının aktual nəzəri və ədəbi-tarixi problemləri ilə məşğul olur. "Tanıtım" jurnalı redaksiya heyətinin və Türkiyə "Vəqfi"nin üzvüdür (1991)

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 10 dekabr 2013-cü ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor vəzifəsindən azad edilib.

Timuçin Əfəndiyev 2005-ci ildə 60 illik yubuleyi ilə əlaqədar "Şöhrət ordeni" ilə təltif olunub. İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görüb. Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır.

1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor (2002), Əməkdar incəsənət xadimidir.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti