DİN partlayıcı oyuncaqlar aşkar etdi

DİN partlayıcı oyuncaqlar aşkar etdi
  23 Dekabr 2014    Oxunub:1311
Daxili İşlər Nazirliyi yeni il öncəsi bazarda pirotexniki avadanlıqların satışının qarşısını almaq üçün reydləri davam etdirir.
Daxili İşlər Nzairliyindən AzVision.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsinin ərazisində səyyar satışla məşğul olan Etibar Həsənovdan 1200 ədəd, Lökbatan qəsəbəsinin ərazisində yerləşən ticarət mərkəzində, orada satıcı işləyən Zöhrab Mirzəyevdən 5200 ədəd, Sumqayıt şəhərində səyyar satışla məşğul olan Məmiş Bəylərovdan 16300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti