CNN Türk İlham Əliyevdən üzr istəməlidir

CNN Türk İlham Əliyevdən üzr istəməlidir
  18 Dekabr 2014    Oxunub:3225
Millət vəkili Qənirə Paşayeva CNN Türk telekanalı ilə bağlı yaranmış son qalmaqala münasibət bildirib.

AzVision.az verir ki, o, bu barədə Facebook səhifəsində fikirlərini bölüşüb.

Deputatın fikrincə, CNN Türk kanalı efirində Azərbaycanın dövlət başçısı haqqında mənfi fikirlər səsləndirilməsinə münasibət bildirməli və buna görə üzr istəməlidir:

“Bu, son 1 ay ərzində CNN Türkdə Azərbaycan haqqında ikinci xoşagəlməz hadisədir və təssüf ki, mətbuat və mediya ilə sürətlə yayılan bu məlumatlar Azərbaycan-Türkiyə qardaşlığına mənfi təsir göstərir və CNN Türk rəhbərliyi bunu nəzərə almalı və addımlar atmalıdır. CNN Türk bundan əvvəl məlum vertolyot hadisəsi ilə bağlı yol verdiyi səhvi təkzib etdiyi kimi bu məsələ ilə də bağlı da açıqlama və təkzib verməli, Azərbaycanın dövlət başçısından üzr istəməlidir. Hər kəs özünün fikirini söyləməkdə azaddır amma onlar etik çərçivədə olmalıdır, təhqir və həqarət şəklində olmamalıdır. Prezidentimiz haqqında səslənən bu cür ifadələrə etirazımızı bildirir və CNN Türkdən bu yanlışı düzəltməsini gözləyirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti