Manatı rublun taleyi gözləyə bilərmi?

Manatı rublun taleyi gözləyə bilərmi?
  16 Dekabr 2014    Oxunub:3307
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neqativ təsirləri sırasında bəzi ölkələrdə milli valyutaların dəyərdən düşməsi müşahidə olunmaqdadır. Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatçılıq yaratmaqdadır.
AzVision.az xəbər verir ki, bu fikirləri iqtisadçı-alim Qubad İbadoğlu deyib. Rus rublunun ucuzlaşmasını şərh edən Q.İbadoğlu bildirib ki, bunun bariz nümunəsini rus rublunun timsalında görmək olar. İqtisadçının sözlərinə görə, Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatçılıq yaratmaqdadır.

“Bunun başlıca cəbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə rejimində idarə olunmaısıdır. Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı inzibati müdaxilələrlə dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni, məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır, bir sözlə daimi olaraq valyuta bazarında müdaxilə edir. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir. Statistik məlumatlara görə Mərkəzi Bank valyuta sterilizasiyası əməliyyatı üzrə müdaxilələr etməklə bazarda 2010-cu ildə 1,385 mlrd. $, 2011-ci ildə 4,153 mlrd. $, 2012-ci ildə 1.584 mln. $, 2013-cü ildə 2,457 mln. $, 2014-cü ilin 9 ayında isə 1,204 mldr. $ məbləğində alışlar həyata keçirib”.

İqtisadçının fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması ilə bağlı risklər ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, real effektiv valyuta məzənnəsi özünün tarazlıq səviyyəsində olmadığı, tədiyə balansının kəsirinin mövcudluğu şəraitində fəallaşa bilər:

“Son statistik məlumatlara görə, xam neftin dünyan bazarında qiymətinin ucuzlaşması müşahidə olunsa da ölkənin tədiyə balansında profisit qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir. Bu şəraitdə Mərkəzi Bank tərəfindən məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün bazarda əksinə xarici valyuta alışı həyata keçirir. Odur ki, yaxın gələcəkdə təzyiqlə artsa da manatın məzənnəsi ilə bağlı təhlükələr gözlənilmir. Amma yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını təznimləmək üçün hansı alətlərdən istifadə etməsindən asılıdır”.

AzVision.az



Teqlər:  





Xəbər lenti