Bahar Muradova: “Gəlin, bunlara bir son qoyaq”

Bahar Muradova: “Gəlin, bunlara bir son qoyaq”
  16 Dekabr 2014    Oxunub:2332
Bahar Muradova: “Azərbaycan prezidenti bütün qanunları ayaq altına atıb, Xədicə İsmayılı buraxmalıdırmı?”

“İnsan tək hüquq sahibi deyil. Bir fakt da var ki, istənilən hüquqi cəza mexanizmi təkcə cəza mexanizmi deyil, eləcə də xəbərdaredici funksiya daşıyır. KİV sahəsində də məsuliyyətin möhkəmləndirilməsi digər sahələrə nisbətən daha vacibdir. Çünki bir söz bütün toplumu yerindən oynada bilir. Eyni zamanda bir söz ordunu döyüşə ruhlandıra bilər. Ona görə də hər bir sözün məsuliyyətini daşımaq hər bir fərdin mənəvi və hüquqi borcudur. Bu məsliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil”.

AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsı zamanı çıxış edən parlamentin vitse-spiker Bahar Muradova deyib.

Vitse-spikerin sözlərinə görə, cəzalar o şəxslərə tətbiq olunacaq ki, onlar qanunda nəzərdə tutulan müddəaları pozmuş olacaqlar:

“Digərlərinin narahatçılığı nə ola bilər? Başa düşə bilmirəm. Ölüm cəzası öldürən insanlar üçündür. Bunun iştirakçısı olmayanlar nə qorxusu ola bilər? Elə bu məsələdə də qanunun tələblərini pozmayanların nə qorxusu ola bilər? Belə çıxır ki, bu məsələ siyasi divident əldə etmək üçün lazım imiş. Artıq neçə gündür ki, mətbuatda yazılar verilir və digərləri də bunu əlllərində bayraq edirlər. Guya mətbuat üzərində basqı daha güclənilir. Axı, belə yanaşma nə vaxta kimi davam edəcək? Şüvənqoparma nə zamana kimi olacaq? Gəlin, bunlara bir son qoyaq”.
Vitse-spiker qeyd edib ki, hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır.

“Hanısısa işi gör və mən səni bağışlayım get səhəri günü eyni halı təkrarla. Belə düzgün olmaz. Burada sadəcə hüquq tətbiq olunur. Ona görə də hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmayıb öz əməlinə davam edirsə, o zaman biz ona cəmiyyətdə yerini göstərməliyik. Əks təqdirdə hansı hüquqi cəmiyyətdən söhbət gedə bilər?!

Həmkarlarımızdan xahiş edirəm ki, dövlətimizin milli mənəvi dəyərlərini lazım gəldi-gəlmədi ayaqlarına altına atmayasınız. Hər kəsi öz adı ilə çağırmaq lazımdır. Azərbaycan prezidenti bütün qanunları ayaq altına atıb Xədicə İsmayılı buraxmalıdırmı? Avropa Parlamentində islahatçı və ya mühafizəkar qrupu istədiyinə görə bunu etməlidir? Xarici islahat öz hərəkətinə görə cavab verməlidir. Kimisə özünü intihar həddinə gətirib çıxarmaq lazım deyil”- deyə, vitse-spiker B.Muradova məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Onun fikrincə, təklif olunan dəyişikliklər məsuliyyətin daha da ciddiləşməsinə zəmin yaratmış olacaq:

“Ona görə də kənar maliyyələrlə Azərbaycan daxilindəki mövcud durumu mənfi istiqamətə yönəltmək istəyən şəxslərin məsuliyyətləri ciddi olmalı və atdığı addımlara görə məsuliyyət daşımalıdırlar. Odur ki, dəyişikliklər mütləq şəkildə qəbul edilməlidir”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti