Yol polisinə hücum etdilər

Yol polisinə hücum etdilər
  14 Dekabr 2014    Oxunub:1647
Ağstafa rayonunda yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti reydini keçirib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, reyd zamanı kimi polisin saxla əmrinə tabe olmayıb, kimi isə polisə təzyiq göstərməyə cəhd edib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisindən keçən hissəsində keçirdiyi reyd zamanı xeyli sayda qayda pozan sürücülərə rast gəlinib. Bəzi sürücülər polisin saxla əmrinə tabe olmayıblar. Avtomobilin qeydiyyat nişanı görünməz olduğu üçün cərimə olacağını eşidən bir sürücü və onun dostları isə polisə hücum etməkdən belə çəkinməyiblər.

Reyd zamanı sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərlərindən istifadə etmədən avtomobil idarə edən sürücülər müəyyənləşdirilərək barələrində müvafiq tədbirlər görülüb. Daha çox avtoqəzalara səbəb olan nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntularının aşkar olunduğu reyddə 30-dan çox sürücü haqqında inzibati tədbir görülüb.

Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlərin ilin sonunadək, həmçinin bayram günlərində davam etdirilməsi planlaşdırılır.


Teqlər:  





Xəbər lenti