Maşınların cərimə meydançasına aparılma qaydaları dəyişdi

Maşınların cərimə meydançasına aparılma qaydaları dəyişdi
  12 Dekabr 2014    Oxunub:16286
Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı tədbirlərin görülməsi və avtomobillərin cərimə meydançalarına aparılması qaydaları dəyişib. Bu Daxili İşlər Nazirliyinin qərarı ilə "Yol-patrul xidməti haqqında" Təlimata edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklərə əsasən yol hərəkəti qaydalarının pozulması ilə bağlı bütün video və foto materiallar bir mərkəzdə birləşdiriləcək Belə ki, pozuntunu qeydə alan xüsusi texniki vasitələr Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Pozuntuya yol verildikdə foto və video məlumatlar əsasında bu məlumatlar əsasında sürücülərin iştirakı olmadan avtomobilin istifadəçisi və ya sahibi barədə elektron protokol tərtib edilir. Bu protokola foto-video məlumatlar də əlavə edilərək elektron qaydada ASAN Xidmət Agentliyinin "ASAN ödəniş" sisteminə göndərilir.

Qaydalara əsasən protokolda foto-video məlumatlarla yanaşı, elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası, inzibati cərimənin miqdarı və ödənilməsi qaydası da göstərilməlidir.

Təlimata edilən dəyişikliklərdə göstərilir ki, çəkilişlə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Eləcə də, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.

Təlimata edilən dəyişikliklərdə avtomobillərin cərimə meydançalarına aparılması qaydaları də dəyişib. Qaydalara əsasən, avtomobillərin dayanma, durma və parklanma qaydalarının pozan şəxs avtomobilin yanında deyilsə, DYP avtomobilindəki bort kompüter vasitəsilə foto və ya video çəkiliş aparılır, inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır.

Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirilir və bu barədə avtomobilin sahibinə məlumat verilir. Avtomobilin saxanması qaydalarını pozan şəxs avtomobilin yanında deyilsə və avtomobili duracağa aparmaq mümkün olmursa, inzibati xəta haqqında protokol tərtib edilir və həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.(fins.az)


Teqlər:  





Xəbər lenti