TQDK imtahan keçirəcək

TQDK imtahan keçirəcək
  11 Dekabr 2014    Oxunub:1729
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SAT imtahanını təşkil edəcək. Komissiyanın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, SAT (Scholastic Aptitude Test) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur.

SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab edilir.

College Board saytında TQDK-nın qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129 –dur. İlk imtahan 2015-ci il yanvar ayının 24-də TQDK-nın test mərkəzində –Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat 2014-cü il dekabr ayının 29-dək aparılır.

SAT imtahanı haqqında ətraflı məlumat almaq üçün bu linkə (https://azvision.az/redirect.php?url=http://sat.collegeboard.org/about-tests/sat) müraciət etmək olar.




Teqlər:





Xəbər lenti