Xalq artistinə ev veriləcək

Xalq artistinə ev veriləcək
  10 Dekabr 2014    Oxunub:2165
“İlin sonuna kimi ev məsələm həll olunacaq”.
AzVision.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Xalq artisti Nuriyyə Əhmədova deyib.

“Bu barədə detalları açıqlamaq istəmirəm, amma lazımi instansiyalarda söhbət olub. İlin axırına kimi düzələcəyi deyilir. Mənə ev verəydilər, dostumu, tanışımı bir günlük də olsa, öz evimdə qəbul edərdim. Heç olmasa, evimdə bir stəkan çay qonaqlara verib onlarla söhbət edərdim”.

Tanınmış aktrisa səhhətində yaranan problemlərə də aydınlıq gətirib: “Ayaqlarım tutulmuşdu. Şükür Allaha, indi gəzirəm. Müalicə davam edir. Dava-dərman olmasa, ölərəm. Görün, nə boyda stress keçirdim. Mən yaşadığım bu həyatda hələ belə bir stresslə qarşı-qarşıya olmamışdım. Rəfiqələrim gəlib maraqlanır, baş çəkirlər. Sağ olsunlar. Allah hamıdan razı olsun”.

Nuriyyə Əhmədova onu da əlavə edib ki, həkimlər ona televiziyaya baxmağa qadağa qoyub: “Gözümün altında iri şiş var. Stressim isə ondan da böyükdür. Çoxdandır evdə olduğuma görə havamı dəyişmək istəyirəm”.


Teqlər:  





Xəbər lenti