Hafiz Hacıyev: `Rusiya çökdüyünün fərqindədir `

Hafiz Hacıyev: `Rusiya çökdüyünün fərqindədir `
  10 Dekabr 2014    Oxunub:2074
Bəzi fikirlərə görə, Ukraynada sülh elan olunandan sonra Rusiya nəzərlərini Dağlıq Qarabağ münaqişəsinə yönəldəcək. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzVision.az-a açıqlamasında bununla qətiyyən razılaşmadığını deyib.

Onun sözlərinə görə, sözü gedən siyasi manevr aldadıcı xarakter daşıyır: “Hesab edirəm ki, bu, sadəcə Qərbin və Amerikanın Rusiyaya qarşı yönəldilən sanksiyalarının yumşaldılması, həmçinin Rusiyanın çökməsinin qarşısının alınması üçün düşünülmüş aldadıcı siyasi manevrlərdən biridir. Rusiya heç vaxt özünün imperiya ambisiyalarından əl çəkməyib və bundan sonra da çəkməyəcək. Bu siyasi manevrin də üstü çox yaxın zamanlarda açılacaq. Rusiya artıq çöküşünün fərqindədir və buna uyğun alternativ addımlar axtarır”.


Teqlər:  





Xəbər lenti