Bakıda içkili maşın sürən, `avtoş`luq edən qadınlar da var

Bakıda içkili maşın sürən, `avtoş`luq edən qadınlar da var
  08 Dekabr 2014    Oxunub:3148
“Bakı şəhərində son iki gecədə keçirilən reydlər zamanı 10 qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir”.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, xanım sürücülər arasında sürət həddini aşanlara da rast gəlinib.

“Saxlanınlar arasında nəqliyyat vasitəsini sərxoş halda idarə edən xanımlar da olub. Onların barəsində inzibati protokol tərtib olunub. Bundan əlavə sərxoşluq müayinəsindən keçməkdən imtina etmək istəyənlər də olub. DYP əməkdaşları onları inzibati qaydada məsuliyyətə cəlb ediblər. Avtomobil isə cərimə meydançasına aparılıb”.

V.Əsədov qeyd edib ki, keçirilən reydin əsas məqsədi bütövlükdə sərxoşluğa qarşı fəaliyyətin gücləndirilməsi, eləcə də avtoxuliqanlıq edən gəncləri aşkar edərək onları məsuliyyətə cəlb etməkdir:

“Reydlər zaamnı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərin saxlanması üstünlük təşkil edib”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin bu reydləri Bakı şəhəri ilə yanaşı ölkənin bir neçə rayon və şəhərlərində də keçirilib. Həmin reydlər zamanı da xeyli sayda sürücü barəsində inzibati protokol tərtib olunub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti