Bakını bir-birinə qatan `avtoş` - VİDEO

Bakını bir-birinə qatan `avtoş` - VİDEO
  08 Dekabr 2014    Oxunub:14156
Bakıda keçirilən reyd zamanı `avtoş` şəhəri bir-birinə qatıb təhlükəli anlar yaşatdı.
Dekabrın 6-dan 7-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyt zamanı daha bir avtoxuliqan saxlanılıb. `Lada Priora` markalı, 90 ED 092 dövlət nömrə nişanlı avtomobili idarə edən Bəxtiyar Arzu oğlu Məmmədov Səməd Vurğun küçəsində yaxalanıb.

Avtosfer.az-ın məlumatına görə, «avtoş»u saxlayan 10 YP 420 dövlət nömrə nişanlı patrul maşınında xidmət aparan yol polisi əməkdaşı bildirib ki, həmin avtomobillə `Avtoş dönəri` satılan yerdə qarşı-qarşı gəlib. Sürücü DYP maşınını vurmağa çalışsa da, sonradan istiqaməti dəyişərək qaçmağa çalışıb. Səməd Vurğun küçəsində yolun əksinə hərəkət etməyə çalışan sürücü burada sıxışdırılıb və saxlanılıb. Maşını səkidəki yol nişanına vurub aşıran sürücü bardürlərə də zərər yetirib.

Video və fotolardan da göründüyü kimi, sürücü avtomobilin dövlət nömrə nişanının üzərindəki `çip`lərin hər ikisini söküb. Bununla o, hər hansı qanun pozuntusu törədərkən məsuliyyətdən yayınmaq niyyətində olub. Bundan əlavə, Bəxtiyar Məmmədovun idarə etdiyi avtomaşında konstruksiya dəyişikliyi və pərdə aşkarlanıb. Sürücü saxlanıldıqdan sonra məhkəməyə aparılıb və barəsində həbs qərarı çıxarılıb.

Hadisə yerində olan və özünü Bəxtiyar Məmmədovun dayısı oğlu kimi təqdim edən şəxs bildirib ki, həmin sürücü imkanlı bir şəxsin oğludur: `Kimsə zəng edəcək, onda görəcəksiniz Bəxtiyar kimdir. Onun atası imkanlı adamdır. Sadəcə, Bəxtiyar o qədər belə hadisələr törədib ki, daha atası heç kimə zəng etmir. Bu maşın onun 9-cu maşınıdır və indiyə qədər «avtoş»luğa görə 9 dəfə tutulub`.

Özünü sürücünün yaxını kimi təqdim edən şəxsin dediklərinə baxmayaraq Bəxtiyar Məmmədov bildirdi ki, o, «avtoş» deyil: `Mən `avtoş`luq etməmişəm. Sadəcə, kefim belə istədi, belə sürdüm. `Avtoş` deyiləm`




Teqlər:





Xəbər lenti