Yol polisi sərxoş müğənnini yaxaladı - VİDEO

Yol polisi sərxoş müğənnini yaxaladı - VİDEO
  07 Dekabr 2014    Oxunub:3958
Dekabrın 6-dən 7-nə keçən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən reyd zamanı bir neçə sərxoş sürücü saxlanılıb. Onlardan biri də özünü tanınmış şəxs kimi təqdim edən Əşrəf Tağıyevdir.

İdarə etdiyi "Mersedes" markalı avtomobillə Binəqədi şosesində saxlanılan sürücünün sərxoş olduğu aşkarlanıb və müayinə üçün sərxoşların tibbi müayinə mərkəzinə gətirilib. Burada fotolarının çəkilməsinə etiraz edən Əşrəf Tağıyev bunu onunla əsaslandırıb ki, tanınmış şəxsdir, ayıbdır. Avtosfer.az-ın əməkdaşına isə deyib ki, müğənnidir, tez-tez televiziya kanallarında çıxışlar edir.

Tibbi müayinə zamanı məlum oldu ki, Ə.Tağıyev yüngül dərəcəli sərxoşdur. DYP əməkdaşları onun barəsində inzibati protokol tərtib etdikdən sonra müğğəninin idarə etdiyi avtomobil cərimə meydançasına aparıldı.




Teqlər:





Xəbər lenti