Gənclər birliyi Şultsa etiraz etdi

Gənclər birliyi Şultsa etiraz etdi
  07 Dekabr 2014    Oxunub:1844
Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yayıb.

Qurumun sədri Səbuhi Abbasovub sözlərinə görə, bəyanatda deyilir: “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq cari ilin noyabr ayının 26-da Avropa Parlamentinin plenar iclasında qurumun prezidenti Martin Şultsun qərəzli və məqsədli şəkildə ölkəmizin imicinə xələl gətirməyə hədəflənmiş çıxışını pisləyirik. Məqsədli şəkildə baş vermiş olaya təəssüfümüzü bildirirməklə bərabər, eyni zamanda Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq qurumun prezidentinin müstəqil və demokratik bir ölkənin daxili işlərinə qarışmağa cəhd etməsini yolverilməz hesab edirik.

Təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmiş Leyla Yunusun istintaqının getdiyi və hələ bitmədiyi bir məqamda guya onun ictimai fəaliyyətinə görə həbs olunması və hüquqlarının pozulması ilə bağlı Martin Şultsun söylədiyi fikirlər qətiyyən həqiqəti əks etdirmir.

Maraqlıdır, əməlində konkret cinayət tərkibi olmasında şübhəli bilinərək həbs olunan bir QHT nümayəndəsini Martin Şultsun bu qədər ciddi-cəhdlə müdafiə etməyinin səbəbi nədir? Niyə cənab Şults bircə dəfə də olsun Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox insanın pozulmuş hüquqlarından bir cümlə belə işlətmir?

Maraqlıdır, cənab Şults və bəzi onun kimi avropalı siyasətçilər ölkəmizə qarşı işğalçılıq siyasəti nəticəsində qətlə yetirilmiş günahsız insanlar haqqında danışmaq məqamı gələndə susmağa üstünlük verirlər? Budurmu Qərb demokratiyası və Avropa siyasilərinin insan hüquqlarına və insan taleyinə münasibəti?

Cənab Şults bilməlidir ki, Azərbaycan Respublikası müstəqil, demokratik və hüquqi dövlətdir. Özünün sürətli inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında insan amili ən yüksək məqamda dayanır və bu dövlətdə hər bir vətəndaşın hüquqlarının qorunması ən ali səviyyədə, qanunlar çərçivəsində qorunur və təmin edilir.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq olaraq Martin Şultsun Azərbaycanda insan hüquqlarının pozulması, insanların siyasi və ictimai fəaliyyətlərinə görə həbs edilməsi kimi absurd, həqiqətdən kənar, şantaj xarakterli fikirlərini birmənalı olaraq rədd edirik.

Bu cür qərəzli mövqeləri yalnız və yalnız onların və təmsil etdikləri qurumların qeyri-ciddiliyini göstərir”.



Teqlər:





Xəbər lenti